Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikah faktının qarşısı alınıb.
Gununsesi.info bildirir ki, bu barədə DİN-nin açıqlamasında deyilir.
Məlumata görə, rayonun Meyniman kəndində 23 yaşlı şəxs ilə 16 yaşına çatmayan qız arasında planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb.
Tədbirlər nəticəsində qanunsuz təşkil olunan toyun qarşısı alınıb.
Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunub, onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Gununsesi.info












