Hakan Fidan Moskvaya gedəcək

  • By Admin2
  • 10 İyun 2026 13:42

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-də Moskvaya işgüzar səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə açıqlayıb.

Türkiyəli nazir Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirəcək.

Səfər iyunun 17-nə qədər davam edəcək.

Gununsesi.info