Hansı halda seçki bülleteni verilmir?

  • By Günel
  • 14 Avqust 2024 10:38

Seçkilərdə hər birimiz səs verərkən sol əlimizin baş barmağımızın gözə görünməyən mürəkkəblə işarələndiyinin şahidi olmuşuq.

Bəs bunun edilməsi məcburidirmi və yaxud işarələnmədən imtina etmək olarmı?

Gununsesi.info “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən bildirir ki, seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi Seçki Məcəlləsinin tələbidir. Belə ki, Seçki Məcəlləsinin 104.6-cı maddəsinə əsasən seçiciyə seçki bülleteni vermədən öncə, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsi gözə görünməyən mürəkkəblə işarələnməlidir.

 

Gununsesi.info