İcra başçısı və deputat sakinlərlə görüş keçirdilər -FOTO

Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Elnur Allahverdiyev rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər.

Qəbul Yasamal rayonunun 18 saylı tam orta məktəbin akt zalında baş tutub

Görüşdə Yasamal rayon sakinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə RİH başçısı Elşad Həsənov Yasamal sakinlərinin qayğıları ilə maraqlanıb və onları öz müraciət, təklif və şikayətlərini ona bildirməyə dəvət edib.

Söz alan vətəndaşlar yaşayış binalarının qəzalı eyvanlarının təmiri, kirayə haqqı ödənişi, küçələrin işıqlandırılması, qəzalı tarixi-memarlıq binalarının taleyi, məhəllədaxili yolların asfaltlanması, narkomaniya ilə mübarizə və bir sıra sosial məsələ ilə bağlı öz şikayət və fikirlərini bildiriblər.

Qəbulda sakinləri narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.





Gununsesi.info