İdman ayaqqabılarından çanta hazırlandı – FOTOLAR

  • By admin
  • 17 May 2021 10:49

“Balenciaga” brendi idman ayaqqabılarından çanta hazırlayıb.

“Korrespondent” nəşri bildirir ki, yeni aksesuarın qiyməti təxminən 2300 dollardır.

Hazırda yalnız brendin rəsmi saytında təqdim olunan çanta öncədən çoxsaylı sifarişlər toplayıb.

Onun iyunun 8-dən etibarən satışa çıxarılacağı gözlənilir.

“SneakerHead Medium” adlı çanta ilk mərhələdə yalnız boz-göy rəng kombinasiyasında istehsal olunacaq. Onun hazırlanmasında ekodəridən istifadə olunacaq.

 

Gununsesi.info