İki ölkə Rusiyaya qarşı sanksiyalar paketini blokladı

  • Müəllif: Firuzə
  • 23 Fevral 2026 20:30

Macarıstan və Slovakiya Avropa Birliyinin (AB) Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbuluna veto qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə Bolqarıstanın xarici işlər naziri Nadejda Nevinskaya məlumat verib.

O, Rusiyaya qarşı sanksiyaları dəstəklədiklərini qeyd edib:

“Biz onu dəstəkləyirik, lakin o, Slovakiya və Macarıstan tərəfindən bloklanıb. Hadisələrin bundan sonra necə inkişaf edəcəyini görəcəyik”.

Gununsesi.info