İkinci Dünya Müharibəsi gəmisi 80 ildən sonra yenidən su üzə çıxdı

  • By Admin2
  • 08 Fevral 2025 16:15

İkinci Dünya Müharibəsində Almaniyaya məxsus sualtı qayıq tərəfindən batırılan Braziliya donanmasına məxsus “Vital de Oliveira” gəmisinin qalıqları 80 ildən sonra Rio-de-Janeyro sahillərində aşkar edilib. Bir balıqçının kömək çağırışı ilə başlayan araşdırma, qabaqcıl texnologiyanın dəstəyi ilə tarixi gəmini gün üzünə çıxarıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 1944-cü ildə Almaniyanın sualtı qayıqlarının hücumu nəticəsində gəmi batan zaman göyərtədə 270 nəfər olub və onlardan 100-dən çoxu həyatını itirib.

2011-ci ildə bir balıqçı Rio-de-Janeyro sahillərində olarkən tor dənizin dibinə ilişib . Bu barədə Braziliya Hərbi Dəniz Qüvvələri məlumatlandırılıb. Dalğıcların dəniz dibində top tapması ilə başlayan araşdırmalar, illərlə davam edən ətraflı araşdırmalardan sonra yekunlaşıb.

Braziliya Hərbi Dəniz Qüvvələri dağıntıların yeri və vəziyyəti haqqında toplanan məlumatlarla gəminin kimliyini təsdiqləyib. “İstifadə olunan qabaqcıl avadanlıq gəminin gövdəsinin görünməmiş təfərrüatlarla təsvirini əldə etməyə imkan verib”, – məlumatda deyilir.

1931-ci ildə Braziliya Hərbi Dəniz Qüvvələrinə qəbul edilən Vital de Oliveyra İkinci Dünya Müharibəsində xidmət etmişdir. İkinci Dünya Müharibəsi zamanı hərbi personalın və təchizatların daşınması üçün istifadə edilmişdir . Braziliya 1942-ci ildə Almaniya, İtaliya və Yaponiyaya müharibə elan etdikdən sonra aktiv döyüş bölgələrində kritik vəzifələr götürdü. Ancaq 1944-cü ildə gecə yarısı torpedo hücumu ilə batırıldı.

Gununsesi.info