İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

  • By admin
  • 21 Dekabr 2020 14:10

Dövlət başçısı İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Gununsesi.org xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Ailənizə üz vermiş ağır itki – böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Gununsesi.org