İmişlidə canavarlar kəndə hücum edib

  • Müəllif: Firuzə
  • 22 Aprel 2026 09:36

İmişli rayonunda canavarlar kəndə hücum ediblər.

Gununsesi.info-nun “Report”a istinadən məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində baş verib.

Kənddə fərdi təsərrüfata sürü halında hücum edən canavarlar 2 baş qoyunu parçalayıb, 1-ni isə yaralayıblar.

Kənd sakinlərinin sözlərinə görə, bu cür hal kənddə ilk dəfədir, olur.

Gununsesi.info