İmran Xan COVID-19-a yoluxdu

Pakistanın Baş naziri İmran Xan COVID-19-a yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Faysal Sultan özünün “Twitter” səhifəsində yazıb.

HTML tutorial

Səhiyyə naziri bildirib ki, Baş nazir İmran Xan ev şəraitində müalicə olunur. O, Pakistan hökumətinin başçısının iki gün əvvəl COVID-19-a qarşı peyvənd olunduğunu əlavə edib.

Pakistanda yeni növ koronavirus pandemiyası ilə bağlı vəziyyət ağırdır. Belə ki, bu ölkədə son sutka ərzində 3876 yoluxma, 42 ölüm faktı qeydə alınıb. Pandemiya dövründə yoluxanların ümumi sayı 620 minə çatıb, 13 min 799 pasiyent isə vəfat edib.

Gununsesi.info