Tanınmış aktrisa yeni filmə görə tanınmaz hala düşdü -Foto

  • By admin
  • 20 Mart 2021 18:37

“Netflix” Mila Kunis və Glenn Klouzun rol aldığı yeni filmin treylerini yayımlayıb.

Bu barədə “Karavan” xəbər yayıb.

Məlumata görə, “Four Good Days” dramında aktrisalar ana və övladı rolunu paylaşıblar.

Mila uzun müddət narkotik aludəçisi olan və xilas üçün son şansı əldə etməyə çalışan 31 yaşlı Molli rolunu oynayıb. Süjetə əsasən probleminin öhdəsindən özünün gələ bilməyəcəyini anlayan qadın kömək üçün anasına üz tutur. Bir vaxtlar onların ailələri çox mehriban idi, lakin Mollinin asılılığı hər şeyi məhv edib.

Dramın süjeti narkotik aludəçilərinin və onların yaxınlarının keçməli olduqları yolu, həmçinin uğursuzluqlardan sonra güc və inamı harada axtarılmalı olduğunu açıq şəkildə göstərir.

Qeyd edək ki, kadrlarda halsız və yorğun görünən Mila inanılmaz dərəcədə təbii görünüşü rolunun öhdəsindən gəlib və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Film ilk dəfə “Sundance” müstəqil film festivalında nümayiş olunub.

Real hadisələrə əsaslanan “Four Good Days” dramının aprelin 30-da “Netflix”də yayımlanacaq.

Gununsesi.info