İnstagram da Facebook-un yolu ilə gedir -SİYASİ MƏZMUNLU PAYLAŞIMLAR GÖRÜNMƏZ OLUB

  • By admin
  • 14 Aprel 2024 06:52

İnstagram istifadəçilərinin lentlərində görünən siyasi məzmunu avtomatik olaraq azaltmağa başlayıb.

Gununsesi.info Amerika mediasına istinadən bildirirki, Meta-ya məxsus məşhur sosial media tətbiqi istifadəçilərin izləmədiyi, lakin lentlərində rastlaşdıqları siyasi məzmunlu hesabları tövsiyə etməyi dayandırıb. Instagram avtomatik olaraq “Parametrlər”ində istifadəçi hesablarında “siyasi məzmun” üçün “limit” nəzarətini təyin edib. Məhdudiyyətlər İnstaqram hesabları ilə əlaqəli Threads hesabları olan istifadəçilərə də təsir edir. Lakin bu dəyişiklik bir çox ölkədə mühüm seçkilərin keçirildiyi bir ildə Instagram-ın siyasi diskursları lazımsız şəkildə məhdudlaşdırdığını düşünən bəzi istifadəçilər arasında əks reaksiyaya səbəb oldu. Xəbər almağı çətinləşdirən bu məhdudiyyətləri üç addımda aradan qaldırmaq mümkündür.

Instagram-da profil səhifənizə keçin və yuxarı sağdakı “üç xətt” işarəsinə toxunun.
Yuxarı diyirləyin və “məzmun seçimləri” üzərinə klikləyin və açılan səhifədə “siyasi məzmun”a toxunun.
İzləmədiyiniz insanların siyasi məzmununu məhdudlaşdırın” seçiminə toxunun.
Filtri söndürmək seçimi həmişə istifadəçi parametrlərində mövcud olsa da, bir çox insan Meta-nın bu dəyişikliyi etdiyindən xəbərsiz olub.

 

Afət Abbasova

Gununsesi.info