İnternet modemlərin Azərbaycana buraxılmaması istiqamətində danışıqlar aparılır

  • Müəllif: Firuzə
  • 18 İyul 2025 12:28

Azərbaycana gətirilən internet modemlərlə bağlı dövlət standartı yoxdur.

Gununsesi.info – “Economics” xəbər verir ki, bunu “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi mövzusunda keçirilən təlimdə İnformasiya Kommunikasiya Texnologiyaları Agenrliyinin əməkdaşı Rəşad Həsənov deyib.

“Biz 5 Ghz modemlərin gətirilməsini təşviq edirik. 2,4 Ghz modemlərdən imtina edilməsinə çalışırıq. Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparırıq ki, 2,4 Ghz modemlər ölkəyə buraxılmasın”, – deyə o əlavə edib.

Gununsesi.info