İqtisadi böhran Putini KÜNCƏ SIXIR

“Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Ukrayna ilə müharibənin əsas məqsədlərinə artıq nail olub. İndi o Rusiya iqtisadiyyatındakı disbalansdan daha çox narahatdır”.

Gununsesi.info  xəbər verir ki, bu barədə Reuters agentliyinə Kremlə yaxın mənbələr məlumat verib.

Nəşrin məlumatına görə, Rusiya prezidenti müharibənin iqtisadiyyata vurduğu təzyiqdən xəbərdardır, çünki yüksək faiz dərəcələri qeyri-hərbi müəssisələrə və sənayeyə güclü təsir göstərir.

Bildirilir ki, Rusiya müdafiə xərclərini postsovet dövrünün ən yüksək səviyyəsinə, yəni ÜDM-nin 6,3%-inə çatdırıb ki, bu da büdcə xərclərinin üçdə birini təşkil edir. Əmək qüvvəsinin çatışmazlığı ilə yanaşı, bu, maaşların artmasına səbəb olub.

Agentliyin məlumatına əsasən 16 dekabr 2024-cü ildə Kremldə keçirilən görüşdə Putin yüksək vəzifəli məmurları sərt şəkildə tənqid edib:“Vəzifəli şəxslərin iştirak etdiyi bu görüşdə Mərkəzi Bankın sədri Elvira Nabiullina isə orada olmayıb. Görüşdən sonra Putin yüksək kredit faizləri səbəbindən özəl investisiyaların azaldığını öyrənəndə açıq şəkildə narazılığını bildirib.

Agentlik onu da vurğulayıb ki, iqtisadi vəziyyətlə bağlı Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina, Rusiyanın inflyasiya doğru irəliləməsindən narahat olan iki nüfuzlu bankir — Sberbank rəhbəri Herman Qref və VTB rəhbəri Andrey Kostin tərəfindən sərt tənqidə məruz qalıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün Rusiyanın Ukrayna ilə müharibəni dayandırması ilə bağlı razılaşmanı qəbul etmədiyi təqdirdə, Rusiyanın satdığı bütün məhsullara rüsum, vergi və sanksiyalar tətbiq edəcəyini bildirmişdi.

Tramp, həmçinin Putinin onunla görüşmək istədiyini açıqlamışdı. Məlmata əsasən görüşün dəqiq tarixi hələlik məlum olmasa da, tərəflər artıq görüşün hazırlıqlarına başlayıblar.

Qeyd edək ki, seçki kampaniyası zamanı Tramp Ukraynadakı müharibəni bir gün ərzində bitirəcəyini vəd etmişdi.

 

 

Şəbnəm Rəhimova