İrəvanda polis etirazçılara qarşı səs qumbaralarından istifadə etməyə başlayıb

  • By ilhame
  • 19 Sentyabr 2023 22:08

Ermənistan polisi ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Nazirlər Kabinetinin qarşısına toplaşan etirazçılara qarşı xüsusi vasitələrdən, o cümlədən səs qumbaralardan istifadə etməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yayılan videogörüntülərdə bir etirazçının huşunu itirdiyi görünür.

Polislə etirazçılar arasında qarşıdurmalar davam edir.

 

Gununsesi.info