İran ABŞ-dan bunun üçün 30 gün vaxt istədi

  • Müəllif: Firuzə
  • 26 May 2026 09:10

ABŞ və İran arasında hərbi münaqişəyə son qoyulmasına dair memorandum layihəsində Tehrana Hörmüz boğazında naviqasiya təhlükəsizliyini tam bərpa etmək üçün 30 gün vaxt verilməsi nəzərdə tutulur.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbəyə istinadla məlumat yayıb.

Bildirilir ki, ABŞ və İran arasında müzakirə olunan plana əsasən, tərəflər münaqişənin dayandırılması barədə razılığa gəldikdən təxminən 30 gün sonra Hörmüz boğazının açılması nəzərdə tutulur.

Nəşrin mənbəsinin sözlərinə görə, İran tərəfi boğazda yerləşdirilmiş minaların təmizlənməsi üçün 30 gün vaxt istəyib. Yalnız bundan sonra normal gəmiçiliyin texniki baxımdan bərpası mümkün olacaq./Axar.az

Gununsesi.info