
İraqda 1800-dən çox insan ölkə ərazisində yaşanan qum fırtınası səbəbindən nəfəs almaqda çətinliklər yaşayıb.
Gununsesi.info -nun xəbərinə görə, bu barədə “Asharq Al-Awsat” qəzeti məlumat verib.
“İraqın səhiyyə orqanları bildiriblər ki, ölkənin mərkəzi və cənub hissələrini vuran qum fırtınası nəticəsində 1800-dən çox boğulma halı qeydə alınıb”, – deyə qəzet yazıb.
Təbii fəlakət nəticəsində Nəcəf və Bəsrədəki iki beynəlxalq hava limanının fəaliyyətində problemlər yaranıb.
“Mütəxəssislər iddia edirlər ki, BMT-nin iqlim dəyişikliyinin bəzi aspektlərindən ən çox təsirlənən beş ölkədən biri hesab etdiyi İraqda toz fırtınaları güclənə bilər”, – deyə materialda qeyd edilib.