İsmayıllıda 5 uşaq atası intihar etdi

  • By Admin2
  • 21 Mart 2025 10:37

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. 

Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 01 radələrində, rayonun İstisu kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvvəllüdlü Sərvan Ramazan oğlu Laçınov yaşadığı evdə özünü asıb.

Məlumata görə, onun 5 azyaşlı övladı var.

Gununsesi.info