İsrailə dəstək verən ölkələrlə əlaqələri kəsmək ÇAĞIRIŞI

  • By admin
  • 27 Oktyabr 2023 08:47

Liviyanın Ali Dövlət Şurası “Qəzza zolağına ədalətsiz hücumlar dayandırılana qədər İsraili dəstəkləyən ölkələrlə əlaqələri kəsməyə, qaz və neft ixracını dayandırmağa və onların məhsullarını boykot etməyə” çağırıb.

Gununsesi.info xəbər verir ki, Ali Dövlət Şurası Qəzza zolağında baş verənləri müzakirə etmək üçün Tripolidə növbədənkənar iclas keçirib.

Şuradan verilən yazılı açıqlamaya görə, sessiyada “İsrailin Fələstin xalqına qarşı xüsusilə Qəzza zolağında qətl, məcburi köç, su və elektrik enerjisinin kəsilməsi, qida və tibbi yardımın qarşısının alınması kimi hərəkətləri müzakirə edilib”.

İclasda Qəzza sakinlərinə təcili humanitar və tibbi yardımların çatdırılması yollarının da müzakirə edildiyi vurğulanan məlumatda bildirilir: “Liviya xalqı Fələstindəki qardaşlarını torpaqları qəddar işğalçı qüvvələrdən azad edilənə qədər dəstəkləyəcək və yanında olacaq”.

Bildirilib ki, şura üzvləri sessiya zamanı həmçinin “İsraili dəstəkləyən ölkələrlə əlaqələri kəsməyi, qaz və neft ixracını dayandırmağı, onların məhsullarını boykot etməyi, Qəzzaya ədalətsiz hücumlar bitənə qədər bu ölkələrin səfirləri ilə əlaqələri dayandırmağı” tələb ediblər.

Bəyanatda sözügedən ölkələrlə bağlı məlumatlar yer almayıb.

Gununsesi.info