İsrail Müdafiə Qüvvələri (IDF – SAXAL) Qəzza şəhərinə hücumun hazırlıqlarına başlayıb, hazırda onun ətraflarında intensiv döyüşlər gedir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə SAXAL-ın nümayəndəsi Avixay Edri özünün “X” hesabında məlumat verib.
“Biz Qəzzada hücum üçün hazırlıqlara başlamışıq və artıq onun ilk mərhələlərinə keçid edirik. Hazırda şəhərin kənarında intensiv döyüşlər gedir”, – deyə o yazıb.












