İsrail Qəzzaya yenidən hücum etdi: Çoxlu sayda öldürülənlər var

  • By admin
  • 12 May 2023 12:25

İsrail Silahlı Qüvvələri Fələstin torpaqlarına hücumunu davam etdirir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Fələstinin Qəzza şəhərini havadan bombalaması zamanı öldürülənlərin sayı 31-ə yüksəlib.

İsrail Silahlı Qüvvələri Fələstinə havadan və qurudan yüzlərlə bomba atıb. Açıqlanan məlumatlara görə, can itkiləri arasında mülki vətəndaşlar da var. Artıq 4 gündür ki, hücumlar davam edir.

Öldürülənlər arasında 6-sı uşaq, 3-ü qadın olmaqlar, bütövlükdə, 93 nəfər yaralı var. Onlardan 32 nəfəri uşaq, 17-si isə qadındır. Fələstinin silahlı qrupları bu qətliama cavab olaraq İsrailin nəzarətindəki bölgələrə raket atıblar.

Toqquşmalar gecə saatlarından bəri azalsa da, tərəflər hələlik atəşkəs əldə edə bilməyiblər.

 

Tərcümə: Arzu

Gununsesi.info