İsrailin Qəzzaya hücumları: Dünyadan reaksiya, ABŞ-dən dəstək mesajı

  • By Admin2
  • 19 Mart 2025 10:30

İsrail ordusu birtərəfli qaydada atəşkəsi pozaraq Qəzzaya yeni hücuma keçib. Hücumlarda aralarında qadın və uşaqların da olduğu ən azı 404 nəfər həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzzada atəşkəs rejimini dayandıraraq yenidən hücumlara başlamasına reaksiyalar ardıcıl hücumlarla qarşılanıb.

Fələstin prezidenti Mahmud Abbas beynəlxalq ictimaiyyəti İsrailin təcavüzünü dayandırmağa çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Antonio Guterres hücumların “şokedici” olduğunu deyib.

BMT-nin fələstinli qaçqınlara yardım agentliyi olan UNRWA-nın direktoru Filip Lazarini deyib: “Müharibəyə qayıtmaq Qəzzanı cəhənnəmə çevirəcək”.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, “İsrailin hücumlarının davam edənlərə yeni faciələr əlavə edəcəyini” söyləyərək, siyasi həll yolunu vurğuladı.

BMT Təhlükəsizlik Şurasında Qəzzədəki vəziyyətlə bağlı sessiya keçirilib.

15 üzvdən ibarət Şurada çıxış edən ölkə təmsilçilərinin demək olar ki, hamısı İsrailin hücumlarına reaksiya verərək, mülki vətəndaşların ölümünü və yardımların gəlməsini əngəllədiyini pisləyib, ABŞ isə İsrailə dəstək mesajı verib.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Doroti Şi bildirib ki, “Hərbi əməliyyatların yenidən başlanmasına görə məsuliyyət tamamilə HƏMAS-ın üzərinə düşür”. ifadələrdən istifadə etdi.

İsrail ordusunun ayrı-seçkilik etmədən hücumlar etmədiyini müdafiə edən Şi, “İsrail ordusu HƏMAS mövqelərini hədəf alır” deyib.

Orxan

Gununsesi.info