Kafedən oğurluq edən şəxs kameralara yaxalandı - VİDEO

  • By admin
  • 15 Sentyabr 2021 16:58

Şahmat məktəbinin arxasında, Təbriz Xəlil Rza oğlu küçəsi 41, 5 mərtəbədə yerləşən “UnluBaku Wine and Dine” kafesində oğurluq hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə 15 sentyabr 05:46 radələrində baş verib. Əldə etdiyimiz məlumata əsasən, kassadan səhər bazarlığı üçün qoyulan 200 manat pul, hesab dəftəri, “Canon” fotoaparatı, sənədlər və çeklər oğurlanıb. Bildirilib ki, faktla bağlı polis şöbəsində araşdırma aparılır.

Hadisənin videogörüntülərini təqdim edirik:

Gununsesi.info