Kim kimi eşitmədi?- ABŞ PREZİDENTİNİN DEDİKLƏRİNƏ KİYEVDƏN REAKSİYA

Ukrayna hökuməti ABŞ administrasiyasının Rusiyanın hərbi müdaxilə edəcəyinə dair xəbərlərinə inanmırdı”. Azpost.info xəbər verir ki, “Bloomberg” bunu ABŞ prezidenti Co Baydenə istinadən yazıb. ABŞ lideri deyib ki, təkcə rəsmi Kiyev yox, Ukrayna vətəndaşları da hərbi əməliyyatların mümkünlüyünə inanmırdı: “Bir çox insanlar mənim şişirtdiyimi düşünürdülər.

Lakin mən bilirdim. Əlimizdə məlumatlar vardı, heç bir şübhə yox idi. Zelenski bunu eşitmək istəmədi”. Baydenin açıqlamasına rəsmi Kiyevdən operativ reaksiya gəlib. Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov Baydenin “eşitmək istəmədi” ifadəsinə belə qarşılıq verib: “Ukrayna prezidenti Vladimir Zelenski hərbi əməliyyatdan əvvəl Rusiyaya qarşı qabaqlayıcı sanksiyaların tətbiq edilməsini istəmişdi, lakin onu eşitmək istəmədilər”.

Nikiforov bildirib ki, Vladimir Zelenski və Co Bayden Rusiya hərbi əməliyyatından əvvəl bir neçə dəfə zəng edib və vəziyyəti dəyərləndiriblər: “Ona görə də “eşitmək istəmədi” ifadəsinin dəqiqləşdirilməsinə ehtiyac var. Bundan başqa, xatırlayırsınızsa, Ukrayna prezidenti Rusiyanı qoşunlarını çıxarmağa və vəziyyəti gərginləşdirməyə təşviq etmək üçün tərəfdaşları qabaqlayıcı sanksiyalar paketi tətbiq etməyə çağırmışdı. Və burada deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəmədilər”.

Gununsesi.info