Kimsə düşünürsə ki, Azərbaycan Türkiyəyə sədaqətini İsraillə münasibətlərini gərginləşdirməklə sübut etməlidir, o, yanılır -PƏRVİZ HƏŞİMLİ YAZIR

  • Müəllif: admin
  • 28 Sentyabr 2026 08:37

Azərbaycanda insan haqları Türkiyənin indi yadına düşür?

Sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanı əməlli-başlı “asıb-kəsirlər”.
Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar məsələsi əziz türk qardaşlarımızın yadlarına düşüb.

İllər əvvəl AŞ PA -da bizdə insan haqlarının durumu müzakirə olunanda Türkiyədən olan deputatlar ruslar kimi eyni mövqedən çıxış edirdi.
Dəfələrlə bunun şahidi olmuşam ki, türklər qəbul edilən qətnamələrin əleyhinə səs verirdi.

O zaman insan haqları niyə yada düşmürdü?
Nə dəyişdi?
İsraillə düşmən olursan deyə bizdəmi bu yolu tutmalıyıq?

Danmırıq, Türkiyə Qarabağın azadlığı uğrunda mübarizədə Azərbaycanın siyasi və hərbi müttəfiqi olub.

44 Günlük Vətən Müharibəsində qələbəmizi şərtləndirən müasir pualar, döyüş silahlarını İsrail kimi Türkiyədən də almışıq.
Türkiyə Qarabağ müharibəsindən yüz milyonlarla pul qazanıb.

Ancaq bir məqamı da unutmayaq: dövlətlərarası münasibətlər yalnız qardaşlıq və dostluq üzərində deyil, qarşılıqlı maraqlar üzərində qurulur. Türkiyə Azərbaycana silah və hərbi texnologiyalar satıbsa, Azərbaycan isə Türkiyə şirkətlərinə müxtəlif iqtisadi və infrastruktur layihələrində imkanlar yaradıb.
Bu gün Qarabağda əksər tikintilər Prezident Ərdoğana yaxın şirkətlər tərəfindən aparılır.
Bu, onların bonusu deyilmi?
Kimsə düşünürsə ki, Azərbaycan Türkiyəyə sədaqətini İsraillə münasibətlərini gərginləşdirməklə sübut etməlidir, o, yanılır…

Pərviz Həşimli

Gununsesi.info