Kiyev Məhkəməsi Saakaşvili ilə bağlı QƏRAR QƏBUL EDİB

  • By admin
  • 07 Oktyabr 2022 21:25

“Kiyev məhkəməsi Mixail Saakaşvilinin istintaq üçün müvəqqəti olaraq Ukraynaya köçürülməsi barədə qərar qəbul edib”.

Gununsesi.info xəbər verir ki, bununla bağlı məlumatı “Mtavari”yə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze təsdiqləyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Ukrayna Ədliyyə Nazirliyi sözügedən qərarı Gürcüstana göndərəcək, bundan sonra Mixail Saakaşvilinin təhvil verilib-verilməməsi onların öz ixtiyarındadır.

“Prokurorluq Saakaşvilinin şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb və Ukrayna məhkəməsi Saakaşvilinin Gürcüstandan Ukraynaya köçürülməsi, onun zərərçəkmiş qismində dindirilməsi barədə qərar qəbul edib”-, deyə o, qeyd edib.

Gununsesi.info