“Rusiyada enerji obyektlərinə zərbələr və Qərbin sanksiyaları iqtisadiyyata əlavə təzyiq yaradır”.
Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“İstehsal və logistika sahəsində çətinliklər artır, işçi qüvvəsi çatışmazlığı dərinləşir. Bununla yanaşı, yeni səfərbərlik ehtiyacı Kremlin daxili sabitliyi üçün risk sayılır. Mütəxəssislər hesab edirlər ki, iri şəhərlərdə yeni səfərbərlik ictimai narazılığı gücləndirə bilər.
Digər tərəfdən, Ukrayna Krımın logistika əlaqələrini zəiflətməyə çalışır. Buna baxmayaraq, Kreml Donbas üzərində tam nəzarəti təmin etmədən danışıqlara başlamaq istəmir. ABŞ ilə münasibətlərdə dəyişiklik fonunda İranın da Rusiyaya əvvəlki həcmdə dəstək vermək imkanlarının məhdudlaşdığı bildirilir.
Hazırkı vəziyyət göstərir ki, Kreml mürəkkəb seçim qarşısındadır. Müharibənin davam etməsi iqtisadi və sosial yükü artırır, mümkün güzəştlər isə Moskvanın indiyədək irəli sürdüyü məqsədlərdən geri çəkilməsi kimi qiymətləndirilə bilər. Bu səbəbdən qarşıdakı aylar həm cəbhədə, həm də Kremlin siyasi gələcəyi baxımından həlledici mərhələ hesab olunur”.
Şəbnəm












