Kreml Avropaya qarşı kiberhücumlar və yeni sanksiyalar ittihamlarına cavab verdi

  • By Admin2
  • 14 İyul 2026 13:51

Rusiya Avropa ölkələrinə qarşı kiberhücumlarla bağlı ittihamları rədd edir və bu səbəbdən tətbiq edilən sanksiyaları qanunsuz hesab edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi müntəzəm brifinqdə bildirib.

Kremlin sözçüsü bildirib ki, “Biz bütün bu ittihamları rədd edirik. Bilirsiniz ki, Rusiya illərdir ki, heç bir əlaqəsi olmayan şeylərdə ittiham olunur. Bu ittihamlar həmişə əsassızdır, heç vaxt təsdiqini tapmır və biz heç vaxt heç bir dəlil eşitmirik”.

O qeyd edib ki, Rusiya artıq on minlərlə Qərb sanksiyasına uyğunlaşıb, onlardan yayınmağı və mənfi təsirlərini minimuma endirməyi öyrənib. Peskov yekun olaraq bildirib ki, dövlət gələcəkdə də eyni şeyi etməyə davam edəcək.

Maqsud

Gununsesi.info