Kreml: Putin sabah Uitkoffla görüşəcək

  • Müəllif: Ayshan
  • 01 Dekabr 2025 19:00

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffla sabah təkbətək görüş keçirəcək.

Gununsesi.info  xəbər verir ki, onun sözlərinə görə, görüş dekabrın 2-də günorta saatlarında planlaşdırılıb.

Peskov əlavə edib ki, Putin Rusiya-ABŞ danışıqlarına hazırlıq çərçivəsində bu gün bir neçə qapalı görüş də keçirmək niyyətindədir.

Gununsesi.info