Lənkəranda avtomobil piyadanı vurdu

  • Müəllif: Firuzə
  • 15 Yanvar 2026 19:13

Lənkəranda avtomobil piyadanı vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi piyada olan Lənkəran şəhər sakini 1972-ci il təvəllüdlü Rəşad Valqaddin oğlu Qədirovu vurub. R.Qədirov təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info