Lənkəranda itkin düşən 2 nəfərin meşədə meyiti tapıldı

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan – 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda “İbadi” deyilən meşəlik ərazidə aşkarlanıb.

Hazırda ölüm səbəbləri araşdırılır.

Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir. (APA)