Lavrovu niyə ölkədən buraxmadılar?

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun Serbiyaya 6-7 iyun tarixlərində planlaşdırılan səfərinin baş tutmamasının səbəbi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, XİN sözçüsü Mariya Zaxarova İtaliyanın “La7” telekanalının efirində məsələyə aydınlıq gətirib.

O, səfərin Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın öz səmasını uçuşa bağladığı üçün baş tutmadığını təsdiqləyib.

Qeyd edək ki, Serbiya Rusiyaya qarşı sanksiyaya qoşulmayan yeganə Avropa İttifaqı üzvüdür.

Gununsesi.info