Qarabağdakı erməni təxribatları Laçın dəhlizinin bağlanmasına səbəb ola bilər

“Qarabağda baş verən bu kimi hərbi və qeyri-hərbi təxribatları törədənlər bilavasitə Paşinyana müxalifətdə olan “Qarabağ klanı”dır”.

Gununsesi.info xəbər verir ki, Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri ermənilərin Şuşa yaxınlığında Azərbaycanın yük karvanının yolunu kəsməsinin arxasında hansı müəlliflərin dayandığına aydınlıq gətirərkən deyib:

“Ermənisanda Paşinyan baş nazir olsa da, “Qarabağ klanı”nın təsir imkanları daha çoxdur. Digər tərəfdən, Qarabağdakı separatçı rejimin hərbi tör-tüküntülərinin əksəriyyəti də bilavasitə “Qarabağ klanı” və Rusiya əks-hərbi kəşfiyyat idarəsinin nəzarətində olan zabitlərdir. Ona görə də bu cür təxribatları törətmək “Qarabağ klanı” üçün o qədər də böyük problem yaratmır”.

Gununsesi.info