Litva Belarusla sərhədə xüsusi qüvvələr yerləşdirir

Litva Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Litva Silahlı Qüvvələrinin bölmələri ölkənin təhlükəsizliyini gücləndirmək məqsədilə Belarusla sərhədə yerləşdiriləcək.

Bəyanatda qeyd olunur ki, sülh dövründə xüsusi təyinatlı qüvvələr quru qoşunları, hərbi polis, hava qüvvələri və logistika personalından formalaşdırılır.

Onlar Polis Departamenti ilə birlikdə Litva ərazisinə isti hava şarları vasitəsilə qaçaqmalçılığın qarşısının alınması tapşırıqlarını yerinə yetirəcəklər. Əməliyyatın müddəti nəticələrindən və effektivliyindən asılı olacaq.

Oktyabr ayında Vilnüs hava limanı hava məkanında qaçaqmal siqaret daşıyan hava şarlarının görünməsi səbəbindən bir neçə dəfə bağlanmışdı.

Bu cür hadisələrin artması Litvanı noyabr ayının sonuna qədər Belarusla sərhəd keçidlərini müvəqqəti bağlamağa məcbur etdi. Bu müddətdə yüzlərlə Litva yük maşını Belarusda qalıb, ölkəyə qayıda bilməmişdi.

Firuzə

Gununsesi.info