Lökbatanda yolun kənarında quyuda gizlədilmiş narkotik maddə aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Xidmətin Müalicə müəssisəsinin əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin Qaradağ rayon Polis idarəsinin əməkdaşları ilə birgə növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Penitensiar xidmətdən məlumat verib

Bildirilib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksində yolun kənarında quyuda gizlədilmiş ümumi çəkisi 253,552 qram olan narkotik maddə – heroin aşkar edilərək götürülüb.

Gununsesi.info