Lukaşenko Putin və Tokayevlə Qazaxıstandakı vəziyyəti müzakirə edib

  • By admin
  • 05 Yanvar 2022 22:34

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə Qazaxıstandakı vəziyyətlə bağlı telefon danışığı aparıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə Belarus prezidentinin “Pul pervoqo Telegram” kanalı məlumat yayıb.

“Belarus prezidenti əvvəlcə rusiyalı, sonra isə qazaxıstanlı həmkarı ilə Qazaxıstandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıb. Bütün Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı ölkələrinin liderləri daimi təmasdadırlar”, – deyə məlumatda qeyd olunub.

 

 

Gununsesi.info