Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi

  • By ilhame
  • 03 İyul 2024 20:17

İyulun 3-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb.

 

Gununsesi.info-ya bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Məsciddə təkcə imam olmaq istəyənlərdən 9-u keçid balını toplaya bilməyib.

 

İmtahan verənlərdən yalnız 8 nəfər yetərli balı yığmağı bacarıb. Ümumilikdə isə 15 nəfərin vakant yerlərə balı çatmayıb.

 

Qeyd edək ki, keçid balı 26 olub. İmtahanda maksimum yığılacaq bal isə 35-dir.

Gununsesi.info