Məktəbə silahlı basqın: yüzlərlə şagird qaçırıldı

  • By admin
  • 14 Dekabr 2020 17:55

Nigeriyanın Katsina əyalətində fəaliyyət göstərən internat tipli məktəbə basqın olub.

Gununsesi.info xəbər verir ki, silahlı şəxslər 668 şagirdi girov götürərək qaçırıb.

Yerli mətbuatın xəbərinə görə, hadisə 11 dekabr gecəsi baş verib.

Hücumdan sonra aparılan əməliyyatlarda 270 şagirdi xilas etmək mümkün olub.

Nigeriya Müdafiə naziri Bəşir Salehi Maqaşi hadisə yerinə gedərək digər şagirdlərin xilas ediləcəyinə dair söz verib.

Bölgə əhalisi qaçırılan şagirdlərin azadlığa buraxılması üçün etiraz aksiyalarına davam edir.

Qeyd edək ki, hadisədən sonra əyalətdəki bütün internat tipli məktəblər bağlanıb.

Gununsesi.info