Məşhur “Əfqan qızı” İtaliyaya təxliyə edildi

  • By admin
  • 26 Noyabr 2021 14:48

1958-ci ildə amerikalı fotoqraf Stiv Makkuri tərəfindən şəkli çəkilən və “National Geographic” dərgisinin üz qabığında həmin fotosu yayılan, bütün dünyanın “Əfqan qızı” kimi tanıdığı Şərbət Gula Əfqanıstandan İtaliyaya təxliyə edilib.

Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, Şərbət Gula “Taliban”ın ölkədə hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstandan qaçıb. 1980-ci illərdə “çılğın, dəlisov yaşıl gözləri” ilə bütün dünyanı heyran qoyan “Əfqan qızı” “Taliban”ın hakimiyyətə gəlməsilə İtaliya hökumətinə təxliyəsi ilə bağlı müraciət edib.

İtaliyanın Baş naziri Mario Draqi Şərbət Gulanın ölkəyə uyğunlaşması üçün əllərindən gələni edəcəklərini söyləyib.

Qeyd edək ki, “Əfqan qızı” 2014-cü ildə saxta pasport ittihamı ilə Pakistanda həbs edilmişdi.

Gununsesi.info