Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

  • Müəllif: Orxan
  • 22 İyul 2026 13:32

Məşhur italiyalı aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq üçün müraciət edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə aktrisanın qızı, müğənni Naike Rivelli sosial şəbəkə hesabında paylaşım edib.

O bu addımı özlərini həqiqətən də evdə hiss etmək arzusu ilə izah edib:

“Bizim Rusiya köklərimiz var, biz öz mənşəyimizdən, ailəmizdən və dostlarımızdan imtina edə bilmərik”.

Müğənni həmçinin anası ilə birlikdə Moskvada və ya Sankt-Peterburqda ev almaq niyyətində olduqlarını açıqlayıb.