Məşhur aktrisanın ad günü tədbirinə polis basqını – FOTOlLAR

  • By admin
  • 03 Aprel 2021 20:58

Türkiyəli məşhur aktrisa Özge Özpirincçi 35 yaşını qeyd etdiyi İstanbuldakı evinə polis basqını olub.

 Gununsesi.info xəbər verir ki. bu barədə “Hürriyet” xəbər yayıb.

Bildirilir ki, tədbirə aktrisanın sevgilisi Burak Yamantürk, eləcə də Kıvanc Tatlıtuğ, Başak Dizer Tatlıtuğ, Uraz Kaygılaroğlu, Berrak Tüzünataç və Murat Dalkılıç kimi məşhurlar da qatılmışdı.

Məlumata görə, polislərin gəlməsinə səbəb yüksək səsdən narahat olan qonşuların şikayəti olub.

Polis yoxlamalar zamanı COVID-19 qaydalarına uyğun hərəkət edildiyi qənaətinə gələrək ev sahiblərinə cərimə yazmadan hadisə yerindən uzaqlaşıb.

Gununsesi.info