Məşhur jurnalın üz qabığı maraq doğurdu - FOTOLAR

  • By admin
  • 26 Dekabr 2022 14:49

Böyük Britaniya və ABŞ-da nəşr olunan ingilisdilli “The Week” jurnalı bu il üçün sonuncu nömrəsini dərc edib. Jurnalın iki fərqli üz qabığı fotosu maraqla qarşılanıb.

Gununsesi.info xəbər verir ki, İngiltərədə çıxan jurnalın üz qabığı fotosu Yeni il şənliyinə həsr olunub.

Fotoda canlandırılan atmosfer rahat və mehribanlığı əks etdirir.

Böyük Britaniyanın yeni Baş naziri masanın başında oturub, o, hinduşka ətini yeməklə məşğuldur. Rişi Sunakın sağ tərəfində Ukrayna Prezidenti Volodimir Zelenski dayanır. Onu Britaniyanın sabiq Baş naziri Boris Conson qucaqlayır.

Amerikalı milyarder İlon Mask ilin əsas personajları arasında olsa da, masada əyləşə bilməyib. O, milad ağacına “Twitter” quşu asmağa hazırlaşır. Rusiya Prezidenti Vladimir Putin isə xuliqan görünüşündə təsvir edilib. Rusiya lideri Ukrayna bayrağının rənglərini əks etdirən yaylıqla bəzədilmiş qar adamını təpiklə yerə yıxır.

İllustirasiyada Böyük Britaniyanın yeni kralı III Çarlz və onun həyat yoldaşına, təxminən bir il əvvəl mükafat mərasimi zamanı hadisə yaradan amerikalı aktyor Uil Smit, Britaniya Krallığına qısa müddətdə baş nazirlik edən Liz Trass, Çin Xalq Respublikasının rəhbəri Si Cinpinə də yer ayrılıb.Masanın küncündə tibbi maska ilə təsvir edilmiş Çin lideri cansıxıcı təəssürat bağışlayır.

Amerika nəşrinin üz qabığı isə fərqli estetikaya malikdir və burada 2022-ci ilin əsas personajları fərqlidir.

Hər iki nəşrdə beş əsas personaj təkrarlanır: Zelenski, Putin, Mask, IIII Çarlz və Çin lideri…

Təsvirdən göründüyü kimi ilin bütün qəhrəmanları qarla örtülmüş mənzərənin və vaxtilə döyüşlər nəticəsində dağılmış evin fonunda cütlüklər şəklində milad mahnısı oxuyurlar.

Ön planda Zelenski və Bayden dayanır. Britaniya nəşrində isə onlar ayrı-ayrı təsvir edilmişdi. Mahnının mətnini dəmir çəlləyin yanındakı kağızdan oxuyurlar. Zelenskinin əlində ulduzlu əsa əvəzinə küçələrin işıqlandırılmasında istifadə olunan fənər var. Arxa planda İlon Mask və Britaniya monarxı IIIÇarlz təsvir edilib. Bundan əlavə, qırılmış ağacda qanlı əl ilə işarələnmiş Vladimir Putinin portreti təsvir olunub.

Gununsesi.info