Polis maşını ilə “Mercedes” toqquşdu - Ağır yaralılar var/FOTO

Bərdədə ağır yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə zamanı yol patrul xidmətinin avtomobili ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfərin ağır xəsarət aldığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Əlavə məlumat veriləcək.

***

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdədə Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub:

“Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır”.

Amin Nəzərli