Məşhur rus saytında Mahirə qarşı BİABIRÇI HƏRƏKƏT  - FOTO

  • By admin
  • 16 Sentyabr 2021 11:14

Rusiyanın məşhur idman saytlarından olan “Sports.ru” milli komandamızın və Polşa “Legiya”sının üzvü Mahir Emrelini erməni futbolçu kimi təqdim edib.

Gununsesi.info xəbər verir ki, ötən gecə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Moskva “Spartak”ı ilə “Legiya” arasında keçirilən görüşün (0:1) canlı nəticələrini yayımlayan sayt 24 yaşlı hücumçunu erməni futbolçu kimi qələmə verib.

Qeyd edək ki, Emreli matçın 83-cü dəqiqəsində əvəzlənib.

Gununsesi.info