Maştağada mağazadan soyğunçuluq edilib

  • By Mina
  • 11 Aprel 2024 16:01

Maştağa qəsəbəsində mağazadan soyğunçuluq edilib.

Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, aprelin 10-u Maştağa qəsəbəsində mağazaların birindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info