Meksikada yol qəzasında 30-dan çox adam öldü - YENİLƏNİB

  • By Günel
  • 08 Fevral 2025 23:36

Meksikada avtobus yük maşını ilə toqquşub. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə zamanı avtobusda 44 sərnişinin olduğu deyilir.

***

Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 30 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli XEVT radiostansiyası məlumat yayıb.

Xəbərdə deyilir ki, sərnişin avtobusu Kankundan (Kintana Roo ştatı) Komalkalkoya (Tabasko ştatı) gedirmiş. İlkin məlumata görə, yük maşını qarşıdan gələn zolağa çıxıb və toqquşma nəticəsində avtomobillər yanıb.

Avtobusda 39 sərnişin olub. Hazırda yalnız 8 nəfərin sağ qaldığı məlumdur.

Tabasko qubernatoru Xavyer Mey sosial mediadakı hesabında qəzanı təsdiqləyib və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Gununsesi.info