Melnya Arutyunyan Nikol Paşinyanın sözçüsü olacaq

  • Müəllif: Firuzə
  • 30 İyul 2026 14:24

26 yaşlı Melnya Arutyunyan Nazeli Baqdasarayanın yerinə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi təyin olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı brifinqdə bildirib.

Melnya hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Gənclər Təşkilatı Şurasının katibidir və seçkiqabağı kampaniyada fəal iştirak edib.

Gununsesi.info