“Mənzil təminatı insan hüququdur və yalnız sığınacaq kimi qəbul edilməməlidir” -Lüsi Erl

“Mənzil təminatı insan hüquqlarından irəli gəlir. Kütləvi köçürülmə şəraitində humanitar cavab tədbirləri xüsusi əhəmiyyət daşıyır, lakin bunun mahiyyəti yalnız sığınacaq kimi baxılmamalıdır”.

Gununsesi.info bildirir ki, bunu Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) tədqiqatlar və strateji təsir üzrə direktoru Lüsi Erl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil böhranının aradan qaldırılması və yenidənqurmanın əsası kimi” mövzusunda panel müzakirəsində deyib:

“Mənzillər insanın qorunduğu, yaşadığı və sabitlik tapdığı əsas məkandır.

Problem ondadır ki, əhalinin sıx yerləşdiyi ərazilərdə müvəqqəti yerləşdirmə halları mövcuddur. Bəzi ölkələrdə, məsələn, Nigeriyada müvəqqəti yerləşdirmə yerlərində insanlar uzun müddət, hətta daimi şəkildə yaşamağa məcbur qalırlar.

Sosial mənzil təminatı sahəsində bir sıra nöqsanlar mövcuddur. “Qutu tipli” evlərin artması gələcəkdə əlavə xərclərin yaranmasına səbəb ola bilər. Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan müvəqqəti sığınacaqların şəhər mühitinə çevrilməsi düzgün yanaşma deyil.

Bu səbəbdən həmin insanların tam mənzil təminatı ilə əhatə olunması, onları şəhərdən kənarlaşdırmaq deyil, əksinə ictimai həyata daha geniş şəkildə cəlb etmək əsas məqsəd olmalıdır”.

 

 

Şəbnəm 

Gununsesi.info