Bir-bir marketlərdən yığışdırılır: - İçindən şüşə çıxdı

  • By Günel
  • 10 Fevral 2025 10:15

Almaniyanın Kaufland mağazalarında satılan konservləşdirilmiş qarğıdalı təcili xəbərdarlıqla yığışdırılıb. İçində şüşə qırıntıları riskinin olduğu iddia edilib.

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, “K-Bio Zarter Gemüsemais” adlı konservləşdirilmiş qarğıdalı, içərisində şüşə qırıntıları riski səbəbindən yığışdırılıb.

I.Schroeder KG tərəfindən edilən açıqlamada, məhsulun sağlamlıq riskləri səbəbiylə istehsal edilməməsi ilə bağlı xəbərdarlıq edilib. Bu məhsulu alanlar Kaufland filiallarında qəbz olmadan pulunu geri ala biləcəklər. Rüsumlar isə heç bir əskik olmadan geri qaytarılacaq.

Şirkət prioritetlərinin sağlıq olduğunu və bununla bağlı hər hansı şikayətə həssas yanaşacaqlarını ifadə edib.

Günel Həsənova 

Gununsesi.info