Futbolçu “Kadis”lə oyunda meydançaya çıxıb. Bu, hücumçunun 506-cı görüşü olub. Messi həmin göstərici üzrə Xavini qabaqlayıb. Sonuncu 505 matçda iştirak edib.

Messi İspaniya çempionatında birinci oyununu 2004-cü ilin oktyabrında “Union Espanyola”ya qarşı keçirib.

Hücumçu bundan əvvəl Çempionlar Liqasında (ÇL) da yeni nailiyyətə imza atıb. Argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. 34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

Gununsesi.info